"Neftçi"nin "Qəbələ"dən heyətinə cəlb etmək istədiyi daha bir futbolçu ilə anlaşma baş tutmayıb.
 
Matc.az xəbər verir ki, Qismət Alıyev bakılıların təklifini son anda geri çevirib.
 
Yarımmüdafiəçi əsas heyət üzvü olacağına dair zəmanət ala bilmədiyindən, 3 illik müqaviləyə imza atmayıb.
 
Ondan fərqli, Klesio Bauk maliyyə şərtlərində bakılılarla ortaq məxrəcə gəlməyib. Bu mövsüm "Qəbələ"nin formasını geyinən legioner "ağ-qaralar"dan aylıq 15000 dollar istəyib.
 
"Qırmızı-qaralar"da maaşı 10 min dollar olan sabiq "İstanbulspor"lu maddi tələbini azaltmadığından bakılılar ondan vaz keçib (sportinfo.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest