"Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır".

Matc.az xəbər verir ki, bu sözləri Amerika Birinci Liqa (USL) təmsilçisi "Foneks Rizinq"in baş məşqçisi Rik Şantz II turunda "Los Anceles Qalaksi-2" üzərində 4:0 hesablı qələbəni şərh edərkən deyib. Amerikalı mütəxəssis millimizin hücumçusu Rüfət Dadaşov barədə də müsbət fikirlər səsləndirib:

"Hazırda müdafiəyə kömək edən hücumçu azdır. Biz axtardığımızı Rüfətlə tapdıq. Rəqibin iki mərkəz müdafiəçisini özünə cəlb edən forvardınız varsa, bunun sizə çox köməyi dəyər. Rüfət hava mübarizəsində rəqiblərdən üstün olur. Bir az da sürəti olsaydı, Almaniyanın ən yüksək səviyyəli futbolçularından olardı. Zəkası və oyunu oxumaq qabiliyyəti çox əladır".

Qeyd edək ki, USL çempionatının B qrupunda yer alan "Foniks Rizinq" keçirdiyi 2 matçda maksimum xal toplayıb. Dadaşov 3 qolla bombardirlər yarışına başçılıq edən 3 futbolçudan biridir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest