PSJ-nin hücumçusu Neymar mövsüm sonunda komandadan ayrıla bilər. Matc.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, braziliyalı yenidən "Barselona"ya qayıtmaq istəyir.

Məlumata görə, 28 yaşlı futbolçu bu yay Kataloniya klubuna keçmək niyyətindədir. Ancaq "Barselona"nın prezidenti Xosep Bartomeu bu yaxınlarda onun komandaya keçidinin mümkünsüz olduğunu açıqlayıb.

Xatırladaq ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında İspaniya klubundan PSJ-yə keçib. Onun Paris komandası ilə 2022-ci ilə qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest