"Yuventus" Paulo Dibalaya yeni müqavilə təklif edir. Matc.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubu argentinalı oyunçunun sözləşməsini 2025-ci ilə qədər uzatmaq niyyətindədir.

Məlumata görə, müqavilə müddətinin artırlmasında tərəflər razılığa gəlib. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilir.

Bununla yanaşı, rəhbərlik Dibalaya çox güvənir və ona kapitanlıq təklif etməyə də hazırlaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest