"Real"ın yarımmüdafiəçisi Qaret Beyl mövsüm sonu komandanı tərk edə bilər. Matc.az xəbər verir ki, rəhbərlik futbolçunun davranışlarından narazıdır.

Məlumata görə, uelsli oyunçunun baş məşqçi Zinəddin Zidanla münasibətləri yaxşı deyil. Rəhbərlik hələ yanvarda  Beyli satmağı düşünsə də, yarımmüdafiəçinin maaşının yüksək olması buna mane olur.

Belə ki, oyunçunu transfer etmək istəyən klublar ona həmin əmək haqqını verə bilmirlər. Bu səbəbdən də "Real" futbolçu ilə müqaviləni qarşılıqlı olaraq ləğv etməyi düşünür.

Qeyd edək ki, Beylin Madrid klubu ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest