"Mançester Siti" cəzasının ləğv edilməsinin ardından heyəti ciddi şəkildə gücləndirməyi planlaşdırır. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 4 futbolçunu rənglərinə bağlamaq niyyətindədir.

Bunlar "Napoli"nin müdafiəçisi Kalida Kulibali, "Valensiya"nın qapıçısı Ferran Torres , "İnter in hücumçusu Lautaro Martines və "Bavariya"nın üzvü David Alabadır.

Bununla yanaşı, rəhbərlik Kevin de Bruyne, Rahim Sterlinq və Qabriel Jesusla da müqavilə yeniləyəcək. Komandanın baş məşqçisi Pep Qvardiolanın bu futbolçularla çalışmaq istədiyi bildirilir.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın "Mançester Siti"yə maliyyə feyr-pley qaydalarını pozduğu üçün verdiyi iki il avrokuboklardan kənarlaşdırma cəzasını ləğv edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest