"Barselona" koronavirus pandemiyası səbəbindən 100 milyon avro itirib. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klubun gəlirləri kəskin şəkildə azalıb.

Məlumata görə, komandaya ən çox təsir edən ev oynlarının azarkeşsiz keçirilməsi olub. Karantin müddətində futbolçuların maaşlarının 12 faiz endirilməsi itkilərin azaldılmasına böyük kömək edib. Bunun belə, Kataloniya təmsilçisinin 100 milyon zərər etdiyi vurğulanıb.

Qeyd edək ki, "Barselona" cari mövsüm üçün 200 milyon avro qazanc əldə etməyi planlaşdırmışdı.

                                                           

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest