"İnter"in baş məşqçisi Antonio Konte A Seriyasının 32-ci turunda "Torino"ya qarşı oyunun (3:2) ardından mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis klubdakı gələcəyi barədə də danışıb:

"İnter"lə üç illik müqavilə bağlamışam ki, klubu layiq olduğu yerə qaytarım. Bu qaçılmazdır, ancaq vaxt lazımdır. Milana böyük həvəs və inamla gəlmişəm. Hazırda mən burada olmaqdan məmnunam. Qarşımda uzun bir yol var. Amma qonaqpərvərlikdən sui-istifadə etmək istəmirəm. Məncə, hər kəs görülən işdən razıdır. Müqavilimi davam etdirməmək üçün hər hansı bir səbəb yoxdur. Ancaq əgər klub işimdən narazıdırsa, ayrılmğaa tərəddüd etmərəm"

Qeyd edək ki, "İnter" A Seriyasında lider "Yuventus"un 8 xal gerisində ikinci sırada qərarlaşıb. Yerli KİV onun yerinə Masimiliano Alleqrinin gətiriləcəyini yazır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest