Albaniya prezidenti İlir Meta Canni De Byazini Azərbaycan millisinə baş məşqçi təyin olunması münasibətilə təbrik edib

Albaniya prezidenti İlir Meta Canni De Byazini Azərbaycan millisinə baş məşqçi təyin olunması münasibətilə təbrik edib.
 
Matc.az xəbər verir ki, “Facebook” hesabında italiyalı mütəxəssislə fotosunu paylaşan ölkə başçısı ona uğurlar arzulayıb.
 
“Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq. Bu təyinata görə sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq", - İlir Meta qeyd edib.
 
Qeyd edək ki, 2011-2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. AFFA italiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest