Futbol üzrə Kipr yığma komandası yoxlama oyunlarında qüvvəsini sınayacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Kipr Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqiblərindən olan sözügedən komanda artıq iki sınaq matçı üçün rəqiblərini də müəyyənləşdirib. Belə ki, belçikalı mütəxəssis Yohan Valemin başçılıq etdiyi kollektiv əvvəlcə doğma meydanda Çexiya ilə üz-üzə gələcəklər. Bu görüş oktyabrın 7-də baş tutacaq. İkinci oyun isə 4 gün sonra səfərdə Yunanıstana qarşı olacaq.
 
Qeyd edək ki, Azərbaycan və Kipr yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş sentyabrın 8-də Kiprdə, ikinci qarşılaşma isə oktyabrın 13-də Bakıda olacaq. Bu qrupda Monteneqro və Lüksemburq milliləri də qərarlaşıb.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest