La Liqa prezidenti Xaver Tebas İdman Arbitraj Məhkəməsinin (CAS) “Mançester Siti”nin cəzasını ləğv etməsinə münasibət bildirib. Matc.az xəbər verir ki, qrum rəhbəri qərarla razılaşmayıb:

“CAS-ın belə bir qərar verib-verməmək üçün doğru yer olduğuna yenidən baxmalıyıq. İsveçrə zəngin arbitraj tarixi olan bir ölkədir. Ancaq CAS standartlara cavab vermir”.

Qeyd edək ki, UEFA maliyyə feyr-pley qaydalarını pozduğu üçün “Mançester Siti”ni iki il avrokuboklardan uzaqlaşdırsa da, CAS bu qərarı ləğv edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest