"Ştutqart" "Qarabağ"la vidalaşan Ailton Silva ilə yollarını ayırmaq istəyir. Matc.az "echo24" nəşrinə istinadən xəbər verir ki, Bundesliqaya yüksələn komanda 25 yaşlı cinah müdafiəçisini heyətdə düşünmür.

Bildirilir ki, komanda həmin mövqeyə yeni bir oyunçu transfer etmək niyyətindədir. 2017-ci ildən “Ştutqart”da çıxış edən Silvanın satılması gözlənilir.

Qeyd edək ki, Ailton Silva ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayında bitir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest