“Barselona” Luataro martines üçün “İnter”lə danışıqları dayandırıb. Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu açıqlama verib.

O bildirib ki, İtakiya klubu ilə danışıqların ardından “Barselona” gözləmə mövqeyindədir. Klub rəhbəri koronavirus pandemiyasının yaratdığı maliyyə böhranına baxmayaraq, komandanın transfer bazarında yenə söz sahibi olacağını vurğulayıb.

Qeyd edək ki, Martines cari mövsüm “İnter” forması ilə 38 oyunda çıxış edib və 17 qol vurub. Milan klubu oyunçunun transferi üçün  “Barselona”dan 111 milyon avro tələb edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest