Fransa çempionu PSJ yoxlama oyununda qüvvəsini sınayıb.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisi Liqa 2 təmsilçisi "Havr"la qarşılaşıb.
 
UEFA çempionlar Liqasında 2019/20 mövsümünün qalan oyunlarına, eləcə də Liqa 1-də yeni mövsümə hazırlaşan parislilər bu oyunda darmadağına seviniblər – 9:0. Mauro İkardi, Neymar, Pablo Sarabia dubla imza atıblarsa, Kilian Mbappe, İdrissa Queye və Arnaud Muinqa hərəyə bir dəfə fərqlənib. 
 
Qeyd edək ki, Fransada 2019/20 mövsümü koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatdırılmış və PSJ çempion elan edilmişdi. çL-də mübarizəni davam etdirən Paris təmsilçisi 1/4 finalda İtaliyanın "Atalanta" klubu ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest