İtaliyanın "Parma" klubunun bir üzvü koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 
 
Xəbərdə, klubun bir əməkdaşının koronavirus testinin müsbət nəticə verdiyi bildirilib. Adı açıqlanmayan həmin şəxsin müalicəsinə başlanılıb.
 
Qeyd edək ki, bu, A Seriyasının bərpasından sonra klublarda qeydə alınan ilk yoluxma halıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest