İtaliyanın "Roma" klubu qapıçısı Daniel Fuzatonun müqavilə müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, braziliyalı qolkiper paytaxt təmsilçisi ilə müddəti 2023-cü ilə qədər olan yeni müqaviləyə imza atıb.
 
Bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb. Fuzatonun əvvəlki müqaviləsi 2022-ci ilin iyununa qədər idi.
 
23 yaşlı qapıçı "Roma"ya 2018-ci ildə yetirməsi olduğu "Palmeyras"dan transfer olunub. Lakin o, həmin vaxtdan bəri İtaliya klubunda heç bir rəsmi oyunda iştirak etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest