Fransanın "Renn" klubunun və Türkiyənin gənclərdən ibarət yığmasının hücumçusu Metehan Güclü iş yerini dəyişib.
 
Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu növbəti mövsümü Liqa 2-də mübarizə aparan "Valensyenn" klubunda keçirəcək.
 
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Liqa 1 təmsilçisi gənc futbolçusunu bir illik icarəyə verib. Müqavilədə satınalma şərtinin olmadığı da diqqətə çatdırılıb.
 
PSJ-nin yetirməsi olan Metehan paytaxt klubunun əsas komandasında 2018/19 mövsümündə bir oyuna çıxmış, hətta qol da vurmuşdu. ötən yay isə o, "Renn"ə transfer olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest