İngiltərə Premyer Liqasının 2019/20 mövsümünün qalibi olan "Liverpul" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, "qırmızılar"ın kapitanı Cordan Henderson sıradan çıxıb.
 
O, Premyer Liqanın 34-cü turu çərçivəsində "Brayton"a 3:1 hesabı ilə qalib gəldikləri matçda zədələnmişdi. Hendersonun dizindən aldığı zədə ciddi olduğu üçün, bu mövsüm bir daha meydana çıxa bilməyəcək. Bunu yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Yurgen Klopp bəyan edib. Almaniyalı mütəxəssis 30 yaşlı futbolçunun əməliyyat olunmayacağını, lakin son dörd turda komandaya kömək edə bilməyəcəyini söyləyib. Klopp kapitanın növbəti mövsümdə də "Liverpul"a xidmət edəcəyini bildirib.
 
Henderson bu mövsüm "Liverpul"un heyətində 40 rəsmi oyuna çıxıb. İngilis futbolçu müxtəlif turnirlər çərçivəsində çıxdığı bu oyunlarda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest