"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirir. Matç.az saytı xəbər verir ki, "ağ-qaralar" seneqallı futbolçu Mamadu Mbodj ilə anlaşıb.

25 yaşlı mərkəz müdafiəçisi növbəti 1,5 ildə "Neftçi"nin formasını geyinəcək. Son üç ildə Litvanın "Jalgiris" klubunda çıxış edən afrikalı ilə danışıqlar üçün Vilnüsə yollanan paytaxt təmsilçisinin idman direktoru Ceyhun Sultanov legionerlə ortaq məxrəcə gəlib.

"Ağ-qaralar" Avropanın zəif çempionatlarından biri olan Litva liqasında çıxış edən futbolçunu heyətinə qatmaq üçün onun şərtləri ilə razılaşıb. Bu ayın sonunda litvalılarla müqaviləsi başa çatacaq Mamadu "Neftçi"dəki il yarım ərzində 400 min manatdan çox qazanacaq.

Qeyd edək ki, vaxtilə Seneqalın U-20 və U-23 yığmalarında çıxış edən müdafiəçi ümidləri tam doğrultmayıb. 2014-cü ildə Serbiyanın "Srvena Zvezda" klubuna keçən seneqallı əvvəl "Napredak"a icarəyə verilib, 2016-cı ildə isə "Jalgiris"ə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest