Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda "Persepolis"lə qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.
 
Təbrizin daha məşhur "Traktor" klubu isə bu tur səfərdə "İstiqlal"la qarşılaşacaq.
 
"Traktor" hazırda 40 xalla 16 kollektiv arasında 4-cü, "Maşinsazi" isə 24 xalla 11-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest