"Sabah"ın yeni baş məşqçisi bəlli olub.
 
Matc.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
2019/20 mövsümünün sonunda Jelko Sopiçlə yollarını ayıran bakılıları yeni mövsümdən ispaniyalı Visente Qomes çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın "Dinamo" (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının "Əl-Əhli" (2017-2018), Rusiyanın "Spartak" (2018) klublarında köməkçi-məşqçi və Ukraynanın "Olimpik" (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest