Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri 2019/2020 mövsümünün ən yaxşı futbolçusu adına öz namizədlərini açıqlayıblar.Matc.az xəbər verir ki, sorğuda iştirak edən 8 mütəxəssisdən 3-ü Qara Qarayevə, 2-si Mahir Emreliyə (hər ikisi "Qarabağ") səs verib.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri 2019/2020 mövsümünün ən yaxşı futbolçusu adına öz namizədlərini açıqlayıblar.
 
Matc.az xəbər verir ki, sorğuda iştirak edən 8 mütəxəssisdən 3-ü Qara Qarayevə, 2-si Mahir Emreliyə (hər ikisi "Qarabağ") səs verib.
 
Digərləri isə "Neftçi"dən Stiven Monroz və Emin Mahmudovu, həmçinin "Qarabağ"dan Xayme Romeronu seçiblər.
 
Baş məqçilərin seçimləri aşağıdakı kimidir:
 
Qurban Qurbanov ("Qarabağ") - Stiven Monroz ("Neftçi")
Füzuli Məmmədov ("Neftçi") - Qara Qarayev ("Qarabağ")
Tərlan Əhmədov ("Keşlə") - Qara Qarayev ("Qarabağ")
Ayxan Abbasov ("Sumqayıt") - Mahir Emreli ("Qarabağ")
Zaur Həşimov ("Zirə"/istefa verib) - Qara Qarayev ("Qarabağ")
Jelko Sopiç ("Sabah"/istefa verib) - Xayme Romero ("Qarabağ")
Aftandil Hacıyev ("Səbail") - Mahir Emreli ("Qarabağ")
Elmar Baxşıyev ("Qəbələ") - Emin Mahmudov ("Neftçi")
 
Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Keşlə"yə məxsus Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə tezliklə aydınlıq gələcək. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest