Bu gün çempionlar Liqasının 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.

Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə sözügedən mərhələlərdə üz-üzə gələcək cütlüklər müəyyənləşib.

12-15 avqust

1/4 final

1. "Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi

2. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

3. "Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "çelsi" (İngiltərə) cütünün qalibi

4. "Atalanta" (İtaliya) - PSJ (Fransa)

Yarımfinal

1 cütünün qalibi - 3 cütünün qalibi
2 cütünün qalibi - 4 cütünün qalibi
 
1/8 finalın təxirə salınan cavab matçlarında "Mançester Siti" "Real"ı (ilk oyun -2:1), "Yuventus" "Lion"u (ilk oyun - 0:1), "Barselona" "Napoli"ni (ilk oyun 1:1), "Bavariya" isə "çelsi"ni (ilk oyun -3:0) doğma meydanda qəbul edəcək.
 
Yarımfinal görüşləri 18-19 avqust tarixlərində oynanılacaq. çL-nin final matçı isə avqustun 23-də olacaq.

Qeyd edək ki, 1/4 finalın görüşləri bir oyundan ibarət olacaq. Qarşılaşmalar Portuqaliyada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest