Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Matc.az xəbər verir ki, saat 15:00-da başlayacaq iclasda Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlər ətrafında müzakirələr gedəcək.

Hazırda bu posta 2 əsas namizəd var. Onlardan biri italiyalı Canni De Byazi, digəri isə irlandiyalı Roy Kindir.

3-cü variant isə ötən il millidə xorvatiyalı baş məşqçi Nikola Yurçeviçin köməkçisi olmuş Arif Əsədovdur. Amma De Byazinin baş məşqçi təyin edilmə ehtimalının yüksək olduğu bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest