Püşkatmada titul uğrunda mübarizəni davam etdirən 16 komanda iştirak edəcək. Xatırladaq ki, 1/8 finala vəsiqə qazanan bir neçə komandalar artıq ilk oyunlarını keçiriblər.

Bu gün UEFA Avroliqanın 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, matçlar Bakı vaxtı ilə saat 20:55 və 23:00-da başlayacaq.

1/4 final

1. “Volfsburq” (Almaniya) / “Şaxtyor” (Ukrayna) cütünün qalibi - “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi

2. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - "Başakşəhər" (Türkiyə) / "Kopenhagen" (Danimarka) cütünün qalibi

3. “İnter” (İtaliya) / “Xetafe” (İspaniya) cütünün qalibi - “Reyncers” (Şotlandiya) / “Bayer” (Almaniya) cütünün qalibi

4. “Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi

Yarımfinal

4 cütünün qalibi - 2 cütünün qalibi

3 cütünün qalibi - 1 cütünün qalibi

Xatırladaq ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları avqustun 5-6-da keçiriləcək. 1/4 final 10-11-də, yarımfinal matçları isə avqustun 16-17-nə təyin edilib. Final ayın 21-də baş tutacaq.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ilk oyunları keçirilməyən "Sevilya" - "Roma" və "İnter" - "Xetafe görüşləri də bir qarşılaşmadan ibarət olacaq. Turnirin bütün oyunları Almaniyada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest