UEFA avrokubokların 1/8 final mərhələsinin cavab oyunları ilə bağlı yekun qərarını açıqlayıb.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə icazə verilib.
 
Yalnız Avropa Liqasının 1/8 finalının təxirə salınan "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" cütünün qalibi Almaniyada bir oyunla müəyyənləşdiriləcək. çünki bu komandaların ilk oyunu da baş tutmayıb.
 
Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar vermişdi.
 
Qərarda o da bildirilir ki, qalan bütün qarşılaşmalar azarkeşsiz oynanılacaq. Mövsümün geridə qalan hissəsində olduğu kimi, bundan sonrakı qarşılaşmalarda da VAR sistemindən istifadə olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest