Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, öncə dünəndən yarımçıq qalan "Qəbələ" – "Zirə" görüşü davam etdirilib.

Qatı duman səbəbindən 58-ci dəqiqədə dayandırılan matçın son 32 dəqiqəsi oynanılıb. Hesab 0:0 olarkən davam etdirilməsi mümkün olmayan görüşün bitməyən hissəsi saat 13:00-da başlayıb. Oyunda sona qədər tarazlıq pozulmayıb. 

Günün digər oyununda isə son illərin çempionu "Qarabağ" "Keşlə"ni qəbul edib. Avropa Liqasının qrup oyununda "Sportinq"lə matçda böyükhesablı məğlubiyyətə üzülən ağdamlılar bunun acığını "Keşlə"dən çıxıb. Qurban Qurbanovun komandası rəqibini 5:1 hesabı ilə darmadağın edib. 

Qeyd edək ki, dekabrın 1-də start götürən turun ilk günündə "Neftçi" "Sabah"ı 2:1, "Sumqayıt" "Səbail"i 1:0 hesabı ilə yenib.

Topaz Premyer Liqası
XIII tur
3 dekabr (bazar)

"Qarabağ" – "Keşlə" - 5:1
Qollar: 
Mahir Mədətov, 6, 53, 78, Ozobiç, 50, Zubir, 55  - Slavik Alxasov, 21
Tofiq Bəhramov adına Respublika stadionu. Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov

"Qarabağ": 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 30. Abbas Hüseynov, 77. Donald Qerye, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

"Keşlə": 30. Davud Kərimi, 33. Tərlan Quliyev (k), 3. Denis Silva, 93. Edvinas Girdvainis, 4. Slavik Alxasov, 65. Cabir Əmirli, 80. Diallo Quydileye, 94. Seymur Əsədov, 22. Nikola Mitroviç, 9. Amil Yunanov, 23. Conatan Ayite
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 88. Məmməd Quliyev, 78. Elmir Rəhimzadə, 7. Vaqif Cavadov, 17. Samir Məsimov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 21. Herve Tçami, 31. Georgios Georgiadis
Baş məşqçi: Tərlan Əhmədov

 

"Qəbələ" – "Zirə" - 0:0 
Qəbələ şəhər stadionu. Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Qırmızı vərəqə: Bilal Həmdi

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 26. Faiq Hacıyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov

"Zirə": 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Dilan Duvetru, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov, 3. Budaq Nəsirov
Baş məşqçi: Samir Abasov

1

Neftçi

13

10

2

1

26-10

32

2

Qarabağ

13

8

3

2

26-14

27

3

Səbail

13

6

2

5

16-14

20

4

Sabah

13

5

2

6

11-18

17

5

Qəbələ

13

4

4

5

17-18

16

6

Sumqayıt

13

4

2

7

13-20

14

7

Zirə

13

2

4

7

12-19

10

8

Keşlə

13

2

3

8

14-22

9

Bombardir: Baqali Dabo (Neftçi) – 7.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest