"Yuventus"un qapıçısı Canluici Buffon məşqçiliyə başlaya bilər. Matc.az xəbər verir ki, bu barədə  qolkiperin meneceri Silvano Martina açıqlama verib.

O bildirib ki, 42 yaşlı qapıçı karyerasını bitirdikdən sonra "Yuventus"da məşqçilik edə bilər: "Məncə, Buffon məşqçi olmalıdır. Futbolu başa düşür, paltardəyişmə otağını idarə etmək təcrübəsi var. Fikrimcə, Buffon "Yuventus"u çalışdır bilər".

Qeyd edək ki, Buffonun "Yuventus"la müqavilə müddəti gələn ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest