"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba İngiltərə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, 27 yaşlı oyunçu yenidən meydanlara qayıtdığı üçün sevincli olduğunu açıqlayıb:

"Yenidən məşq etmək, topla işləmək və sevdiyim hər şeyi etmək çox gözəldir. Həqiqətən bunlar üçün darıxmışam. Uzun müddət oynamadıqda futbolu çox sevdiyinizi başa düşürsünüz. Zədədən sonra geri qayıtmağıma və formaya düşdüyüm üçün şadam. Yenidən komandanın yanında ola bilmək sevindiricidir. Bir daha belə zədələr olmaması üçün çox çalışmalıyam. Rəhbərlik və komanda yoldaşlarım məni tək qoymadılar. çünki onlar mənə inanırlar".

Qeyd edək ki, fransalı futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi 2021-ci ilə qədərdir. Mançester təmsilçisinin Poqbaya yeni sözləşmə təklif edəcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest