Braziliyanın "Santos" klubunun 2013-cü ildə hücumçusu Neymarın transferi ilə bağlı "Barselona"dan etdiyi şikayət təmin olunmayıb. Matc.az Kataloniya komandasının saytına istinadən xəbər verir ki, CAS İspaniya təmsilçisinə qarşı irəli sürülən iddianı rədd edib.

"Santos" Neymar transferində "Barselona"nın qaydalara zidd davrandığını və klubun 61 milyon 259 min təzminat ödəməli olduğunu iddia edib. Səbəb kimi oyçunun özləri ilə sözləşməsi davam etməsinə rəğmən, heç bir ödəniş olmadan başqa bir kluba keçməsi göstərilib. Lakin məhkəmə bu tələbi geri çevirib.

Qərara əsasən, braziliyalı futbolçu həmin vaxt klubu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Bununla da "Barselona" oyunçunun keçidi üçün yalnız futbolçunun atasına pul ödəməkdə heç bir qaydanı pozmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest