"Bavariya" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsi heyətinə qatmaqdan vaz keçib. Matc.az xəbər verir ki, buna səbəb komandanın Leroy Saneni transfer etməsidir.

Bildirilir ki, Münxen klubu almaniyalı futbolçu üçün 50 milyon avro ödəyib. Əlavə belə bir maliyyətdə futbolçu ala bilməyəcək.

Bununla yanaşı, "Bayer" Havertsin satışından 90 milyon avro qazanamaq niyyətindədir. Bu səbəbdən də "Bavariya" transferdən vaz keçməyə məvbur qalıb.

Digər bir iddiaya görə isə oyunçu karyerasını "çelsi"də davam etdirəcək. Yarımmüdafiəçinin Premyer Liqada oynamağa müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsüm "Bayer" forması ilə 39 matçda iştirak edib və 15 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest