"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin "Jsport.co.il" saytının suallarını cavablandırıb.

Matc.az həmin müsahibəni təqdim edir

- "Sumqayıt" ilk dəfə Avroliqaya vəsiqə qazandı. Buna inanırdınız?

- Əlbəttə. Əla komandamız var. Şadam ki, bizdə alındı.

- Sizinlə müqavilənin uzadılmamasına koronavirus səbəb oldu?

- Sözləşməmin uzadılmamasının pandemiya ilə əlaqəsi yoxdur. Hətta koronavirus olmasaydı, əminəm ki, keyfiyyət baxımından şəxsi rekordumu yeniləyəcəkdim.

- İsraildə oynamağa hazırsınız?

- Hazırda İsraildəyik. Vəziyyəti təhlil edib, nəyi necə edəcəyimizi düşünürük. Hər zaman hazıram. Amma indi daha təcrübəliyəm. Həyatımda 1-2 hadisə baş verdi ki, mənə çox şey şey öyrətdi.

- Azərbaycanda çempionatın səviyyəsi necədir? Liqanın güclü və zəif tərəfləri sizi təəccübləndirdi?

- Hər zaman demişəm ki, liqaların əksəriyyəti eyni səviyyədədir. Əlbəttə, ən yaxşı 5-6 çempionatı çıxmaq şərtilə.

- Şübhəsiz, ailənizin yanınızda olması Bakıda həyatınızı asanlaşdırırdı. Orada qalmaq onlar üçün necə idi? Uşaqlarla birlikdə yeni və yad yerə necə uyğunlaşdınız?

- Biz nisbətən tez uyğunlaşdıq və ora çox xoşuma gəldi. çünki Bakı həqiqətən möhtəşəm şəhərdir. Düzdür, vətən üçün darıxırdıq. çünki bu dəfə uzun müddət ayrı qaldıq. Amma karyeram və dolanışıq üçün müəyyən güzəştlərə gedirik.

- Sizin üçün yaxşı keçən mövsümdən sonra düşünmürsünüz ki, İsraildə oynasaydınız, yığmaya dəvət alardınız?

- Dünyanın istənilən çempionatında oynamağınızdan asılı olmayaraq özünüzü ən yaxşı tərəfdən göstərməlisiniz. Buna görə də harada çıxış etməyimin fərqi yoxdur. çempionatın səviyyəsinin etdiklərimə heç bir dəxli yoxdur.- Azərbaycan vətəndaşlığınız da var. Bu, yerli yığmaya dəvət almağınıza kömək edə bilər?

- Azərbaycan millisində neçə nəfərin mənimlə maraqlandığını, oyunumu izlədiyimi bilmirəm. Bu, onlar üçün cəlbedici deyil.

- Növbəti mövsümdə özünüzü harada görürsünüz?

- Hələ bilmirəm. Sakit düşünmək üçün kifayət qədər vaxtımız var. ümid edirəm ki, hər şey yaxşı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest