"Nyukasl"ın yarımmüdafiəçisi Allan Sen-Maksimen mövsüm sonunda klubdan ayrıla bilər. Matc.az xəbər verir ki, futbolçu ilə "Arsenal" və "Tottenhem" maraqlanır.

Bildirilir ki, hər iki London təmsilçisi oyunçu üçün danışıqlara başlayıblar. Rəhbərlik Maksimenin ayrılmasını istəməsə də, onun qərarına hörmətlə yanaşacaq.

Qeyd edək ki, 23 yaşlı fransalı yarımmüdafiəçi cari mövsüm 26 oyun keçirib və 4 qol vurub.        

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest