"Liverpul"un hücumçusu Muhammed Salahın Premyer Liqanın 34-cü turunda səfərdə "Brayton"a qarşı görüşdə (3:1) fərqlənməsi əlmatdar olub. Matc.az xəbər verir ki, dubla imza atan misirli futbolçu klubun tarixinə keçib.

Məlumata görə, Salah Premyer Liqadakı qollarının sayını 73-ə çatdırıb. Bununla yanaşı, onun aktivində 27 məhsuldar ötürmə var. 28 yaşlı oyunçu qol+assist sayını 100-ə çatdırmaqla klub tarixində bu uğuru təkrarlayan 4-cü futbolçu olub.

Salahla yanaşı, siyahıda Stiven Cerrard (212), Robbi Fauler (158), və Maykl Ouen (148) var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest