Futbol üzrə Ukrayna kubokunun qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda Kiyev "Dinamo"su ilə "Vorskla" üz-üzə gəlib.
 
Qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb – 1:1. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Kiyev təmsilçisi kubokun qalibi olub – 8:7.
 
Qeyd edək ki, "Dinamo" tarixində 12-ci dəfə Ukrayna kubokunu qazanır. Bu baxımdan rekord 13 dəfə qalib olmuş Donetsk "Şaxtyor"una məxsusdu. "Vorskla" isə cəmi bir dəfə ölkə kubunu qazanıb. Yeri gəlmişkən, Poltava təmsilçisinin baş məşqçisi vaxtilə "Keşlə"ni çalışdırmış Yuri Maksimovdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest