Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün gümüş və bürünc medalları Peşəkar Futbol Liqası tərəfindən müvafiq olaraq "Neftçi" və "Keşlə" klublarına təqdim olunub.

Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün gümüş və bürünc medalları Peşəkar Futbol Liqası tərəfindən müvafiq olaraq "Neftçi" və "Keşlə" klublarına təqdim olunub.
 
Matc.az PFL-in saytına istinadən xəbər verir ki, Covid-19 pandemiyası səbəbindən kütləvi keçirilməyən tədbirlərdə medallar klubların bazalarında təqdim edilib.

Bundan əlavə, "Neftçi"nin heyətində mövsümün bombardirlərindən olmuş Baqali Dabo və Stiven Monrozun mükafatı "Neftçi" klubuna, "Sumqayıt"ın heyətində bombardir olmuş Peyman Babayinin mükafatı "Sumqayıt" klubuna verilib. Xüsusi mükafatlar və medallar klublar tərəfindən futbolçulara təqdim olunacaq.

Qeyd edək ki, bir neçə gün öncə "Azersun Arena"da Premyer Liqanın sonuncu qalibi "Qarabağ"ın mükafatlandırma mərasimi reallaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest