Avropa futbolunda koronavirus pandemiyası səbəbindən yaranan fasilənin ardından ən yaxşı performans göstərən futbolçuların adları açıqlanıb. Matc.az "Bleacher Report" nəşrinə istinadən xəbər verir ki, siyahıda 10 oyunçu yer alıb.

Məlumata görə, fasilədən sonra ən yaxşı çıxışı "Bavariya"nın hücumçusu Robert Levandovski edib. Polşalı futbolçu 10 oyunda 12 qol vurmağı bacarıb. İkinci yerdə Lionel Messi qərarlaşıb. Argentinalı geridə qalan 7 turdan sonra üç dəfə fərqlənib və 7 məhsuldar ötürmə verib.

üçüncü sıradakı "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruynenin aktivində 6 oyundan sonra 4 qol və bir assist var. "Yuventus"un ulduz futbolçusu Kristiano Ronaldo isə sonuncu yerdədir. Portuqaliyalı 6 görüşdə 4 dəfə adını tabloya yazdıra bilib.

"TOP 10"u nəzərinizə çatdırırıq:
 
1. Robert Levandovski ("Bavariya")
2. Lionel Messi ("Barselona")
3. Kevin de Bruyne ("Mançester Siti")
4. Kərim Benzema ("Real")
5. Serxio Ramos ("Real")
6. David Alaba ("Bavariya")
7. Bruno Fernandes ("Mançester Yunayted")
8. Kay Xaverts ("Bavariya")
9. Tomas Müller ("Bavariya")
10. Kristiano Ronaldo ("Yuventus")
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest