Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Foneks Risinq" komandasının 3 üzvü koronavirusa yoluxub.

Matc.az xəbər verir ki, bu barədə klubun baş direktoru Bobbi Dall "azcentral.com" saytına açıqlama verib. O bildirib ki, 3 oyunçudan 2-si xəstəliyi simptomsuz keçirir. Digərində isə yüngül əlamətlər müşahidə olunur.

Həmin futbolçular 10 günlük kənarlaşdırılıb və şənbə günü "Los Anceles Qelaksi II"yə qarşı oynamayacaqlar. Koronavirusa yoluxmuş oyunçuların adları açıqlanmayıb.

Qeyd edək ki, koronavirus pandmeiyası səbəbindən ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest