İspaniya La Liqasının 34-cü turunda "Barselona"ya 1:4 hesabı ilə məğlub olan "Vilyarreal" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, hücumçu Karlos Bakka sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
33 yaşlı futbolçunun sağ ayağının əzələsindən zədələndiyi bildirilir. Məlumata görə, futbolçu cari mövsümün qalan hissəsində çıxış edə bilməyəcək.
 
Oyunun gedişində zədələnən digər futbolçu Pako Alkaserin əzələsindən narahatlıq yaşadığı və vəziyyətinin dəyərləndirildiyi bildirilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest