"Barselona" rəhbərliyi kapitan Lionel Messinin maaşını azaltmağı planlaşdırır. Matc.az xəbər verir ki, klub koronavirus pandemiyasının yaratdığı maliyyə problemi səbəbindən argentinalının məvacibində endirim etməsinə çalışır.

Prezident Xosep Bartomeunun tezliklə futbolçu ilə görüşəcəyi bildirilir. 33 yaşlı ulduz oyunçu hazırkı rəhbəriyinin idarəetməsindən narazıdır. Bu səbəbdən də Leonun bu qərara necə münasibət göstərəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Lionel Messi cari mövsüm La Liqada iştirak etdiyi 29 oyunda 22 qol vurub, 19 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest