Topaz Premyer Liqasının XIII turunun "Qəbələ" – "Zirə" qarşılaşmasının davam etdiriləcəyi vaxt müəyyənləşib. Matç.az PFL-in saytına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınan görüş sabah başa çatdırılacaq.

Dekabrın 3-dəki oyun saat 13:00-da saxlanıldığı dəqiqədən davam etdiriləcək.

Qeyd edək ki, güclü duman oyunun 58-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırılmasına səbəb olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest