İngiltərənin "Nottingem Forest" klubunun sabiq futbolçusu Derrik Otim vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
24 yaşlı keçmiş yarımmüdafiəçi, ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.
 
Otim, bu ilin mayında Xavyer Universitetindən məzun olmuşdu.
 
Sabiq yarımmüdafiəçi İngiltərənin "Nottinqem Forest" klubunun akademiyasında çıxış edib. O, universitet oxumaq üçün 2015-ci ildə "Nottinqem Forest"dən ayrılmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest