"Xorvatiyanın möhtəşəm komanda olduğu aydın məsələdi. Bu çox dəqiqdi". Matç.az saytı xəbər verir ki, bu sözləri Uels millisinin baş məşqçisi Rayan Qiqqz deyib.

AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirən mütəxəssis Xorvatiya, Slovakiya, Macarıstan və Azərbaycanla birlikdə yer aldıqları E qrupu barədə qısa fikirlərini bölüşüb: "Digər əsas rəqibimiz Slovakiyadı. çox yaxşı komandadı. ümumiyyətlə düşdüyümüz qrup daha yaxşı ola bilərdi, daha pis də".

Uelsli əfsanə komandasını yalnız bir uzaq səfərin gözlədiyinə sevindiyini gizlətməyib: "ümumilikdə balanslaşmış qrupa düşmüşük. Püşkdən razıyıq. Xorvatiya digərlərindən fərqləndiyindən biz ikinci vəsiqəyə ümid edirik. Bu mübarizədə əsas rəqiblərimiz Macarıstanla Slovakiyadı. Xüsusilə də sonuncuların yaxşı komandası var. Sevinirəm ki, Azərbaycandan başqa uzaq səfərimiz olmayacaq. Təbii ki, bu qrupdan çıxmaq üçün yaxşı oyun nümayiş etdirməyimiz vacibdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest