"Barselona"nın prezidenti Xosep Bartomeu baş məşqçi Kike Setyenin gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, klub rəhbəri çıxan xəbərləri təkzib edib:

"Müxtəlif şayiələrdən xəbərdaram. Əminliklə deyə bilərəm ki, bunlar doğru deyil. Baş məşqçi tam idarəetmə dəstəyinə malikdir. Komanda çempionatda qızıl medallar və çempionlar Liqasındakı qələbə uğrunda mübarizəni davam etdirəcək".

Bundan əvvəl yerli KİV rəhbərliyin və oyunçuların Setyenin işindən narazı olduqlarını bildirmişdi.         

Qeyd edək ki, "Barselona" La Liqada 34 turdan sonra 73 xalla turnir cədvəlində ikinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest