"Liverpul"un hücumçusu Sadio Mane Premyer Liqanın 34-cü turunda "Aston Villa"ya qarşı görüşdə (2:0) növbəti qolunu vurub. Matc.az xəbər verir ki, bununla da seneqallı fubolçu təkrarlanması çətin bir rekorda imza atıb.

Mane "Aston Villa"ya qarşı fərqlənməklə cari mövsüm 20-ci qolunu vurdu. O, ardıcıl üç ildir hər mövsüm azı 20 dəfə rəqiblərini məyus etməyi bacarır.

Təcrübəli forvard ötən mövsüm 26, daha öncəki ildə isə 20 qol vura bilmişdi.

Qeyd edək ki, 28 yaşlı hücumçu cari mövsüm "qırmızılar"ın heyətində 42 oyun keçirib. O, bu qarşılaşmalarda 20 dəfə adını tabloya yazıdırıb və 12 assist edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest