Bu gün İrlandiyanın paytaxtı Dublində keçirilmiş Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasimindən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev açıqlama verib. Matç.az xəbər verir ki, assosiasiya başçısı qrupda maraqlı oyunlara şahid olacağımızı düşünür:

"İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var. Müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdü. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm. Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edirəm. Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdi. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram" (affa.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest