Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd Roy Kinin yığmaya keçidi alınmaya bilər. Matc.az xəbər verir ki, bu barədə nüfuzlu "İndependent" nəşri məlumat yayıb.

Bildirilir ki, AFFA ilə danışıqları davam etdirən irlandiyalı mütəxəssis davamlı Bakıda yaşamağa müsbət yanaşmır. Federasiya isə millinin məşqçisindən Azərbaycanda qalmağı və ölkə futbolunu tanımasını tələb edir.

Bu səbəbdən də Roy Kinin millinin başına keçmə ehtimalının az olduğu vurğulanıb.

Qeyd edək ki, AFFA bir neçə gün öncə 49 yaşlı mütəxəssislə danışıq apardığını təsdiqləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest