"Barselona"nın hücumçusu Antuan Qrizmann karyerasını Fransada davam etdirə bilər. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçunu PSJ heyətinə cəlb etmək niyyətindədir.

"Barselona"nın hücumçusu Antuan Qrizmann karyerasını Fransada davam etdirə bilər. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçunu PSJ  heyətinə cəlb etmək niyyətindədir.

Bildirilir ki, Paris klubunun nümayəndələri artıq Kataloniya təmsilçisi ilə təmasa keçiblər. Onun yaxınları da Qrizmannın ölkəsinə qayıtmağa müsbət yanaşır.

"Barselona"da baş məşqçi Kike Setyenlə münasibətləri yaxşı olmayan hücumçunun artıq ayrılmaq istədiyi bildirilir. Bununla yanaşı, yerli mətbuat fransalı ilə Lionel Mesinin də arasının soyuq olduğunu iddia edir.

Xəbərdə PSJ-nin Qrizmanna 3 illik müqavilə təklif edəcəyi də bildirilir.              

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest