Ölkəmizdə "Neftçi" və "Qəbələ" komandalarında çıxış etmiş Baqali Dabo Azərbaycanla vidalaşıb. Matc.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu "Instagram" hesabından məlumat yayıb.

ölkəmizdə "Neftçi" və "Qəbələ" komandalarında çıxış etmiş Baqali Dabo Azərbaycanla vidalaşıb.  Matc.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu "Instagram" hesabından məlumat yayıb. 
 
Dabo burada 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını və Azərbaycan üçün hər şeyin ən yaxşısını diləyini bildirib. 
 
Qeyd edək ki, Baqali Dabo 2016 - 2018-ci illərdə "Qəbələ"də çıxış edib. Fransalı forvard 2018-ci ildən "Neftçi"nin formasını geyinib. O, bu yaxınlarda "Qarabağ" forması ilə fotosunu paylaşdığı üçün "Neftçi" rəhbərliyi tərəfindən ciddi cəzalandırıb. "Ağ-qaralar"la müqaviləsi iyunun 30-da bitən Dabonun Kiprin "Apollon" klubuna keçəcəyi gözlənilir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest