PSJ üç futbolçusunun – Tyaqo Silva, Erik-çupo Motinq və Serxio Rikonun müqaviləsini yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Hər üç futbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər uzadılıb. Silva, Motinq və Rikonun əvvəlki sözləşmələri iyunun 30-na qədər idi.
 
Fransada Liqa 1 koronavirus pandemiyasına görə dayandırılsa da, PSJ çempionlar Liqasında mübarizəsini davam etdirir. çL-in matçları avqustda oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest